Azərbaycan Prezidenti ilə Dünya Bankının yeni vitse-prezidenti arasında videokonfrans keçirildi
    • 17-06-2020, 17:28
    • 645

Azərbaycan Prezidenti ilə Dünya Bankının yeni vitse-prezidenti arasında videokonfrans keçirildi

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

News24.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.