"Xəstəxanaların oksigen sistemi bu qədər pasiyentə hesablanmayıb" - RAMİN BAYRAMLI
    • 18-06-2020, 18:57
    • 531

"Xəstəxanaların oksigen sistemi bu qədər pasiyentə hesablanmayıb" - RAMİN BAYRAMLI

"Aprel ayında karantin rejiminin tətbiq edilməsinə səbəb koronavorusa qarşı mübarizədə hazırlıqı olmamağımız idi". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, TƏBİB-in A,B,C planları vardır:"Mövcud şəraitə uyğun olaraq addımlar atılacaq. Ölkəmizə xeyli miqdarda oksigen generatorları gətirilib. 3 ay əvvəl bunlar yox idi. Modul tipli xəatəxanalar yaradılıb. Tibb müəssələrinin üzərinə böyük yük düşür. Götürə biləcəyi yükün daha artığını daşımağa çalışırlar".

Afaq Mirayiq