Ölkədə epidemioloji vəziyyət ciddi olaraq pisləşib - RAMİN BAYRAMLI
    • 18-06-2020, 18:49
    • 479

Ölkədə epidemioloji vəziyyət ciddi olaraq pisləşib - RAMİN BAYRAMLI

Ölkəmizdə epidemioloji vəziyyət ciddi olaraq pisləşib. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, narıncı sahə üzrə təkrar ciddi karantin rejiminin tətbiqi zərurəti yarandı: "Bu təcrübəni aprel ayında etmişdik. Statistik təhlillərin nəticəsinə uyğun olaraq bu addım atılır. Bununla əlaqədar tibbi elmi komitə yaradılıb. Bura tibbi mütəxəssislər cəlb edilib. İnfeksion işçi qrupları yaradılıb, yerlərdə vəziyyətlə bağlı araşdırmalar aparılıb". 

Afaq Mirayiq