Zelenski İranı beynəlxalq məhkəmə ilə hədələdi
    • 22-06-2020, 13:35
    • 396

Zelenski İranı beynəlxalq məhkəmə ilə hədələdi

Ukrayna prezidenti Vladimir Zelenski İranın qəzaya uğrayan "Boeing" ilə əlaqədar öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini söyləyib.

News24.az RİA-ya istinadən xəbər verir ki, V.Zelenski  İran hökumətinin nəticəyə istiqamətlənmiş siyasətinə etibar edə biləcəyinə ümid etdiyini deyib:" Söhbət onların qara qutuları qaytarmaqlarından getmir. Ortada digər vədlər barədə də var. Onlar rəsmi olaraq üzr istəməlidirlər. Uyğun kompensasiya ödəməlidirlər". 

Zelenskinin sözlərinə görə, İran tərəfi qara qutuların qaytarılması prosesinin gecikməsini koronavirusa görə yaranan vəziyyətlə əlaqələndirirlər:
"Ancaq bu vəziyyət sonsuza qədər davam edəb ilməz... Onlar vəd etdiklərini etməlidirlər. Əks təqdirdə başqa bir çarəmiz qalmayacaq. Beynəlxalq məhkəməyə müraciət edəcəyimizi bilirlər".