Azər Qəribin adından istifadə edib QADINLARDAN 500 DOLLAR ALDILAR
    • 22-06-2020, 15:48
    • 481

Azər Qəribin adından istifadə edib QADINLARDAN 500 DOLLAR ALDILAR

"Artıq neçə müddətdir ki, müxtəlif ölkələrdən qadınlar mənə yazırlar ki, sizin adınızdan bizə kələk gəliblər".

News24.az xəbər verir ki, bu sözləri aparıcı Azər Qərib sosial şəbəkələrdə onun adından istifadə edərək fırıldaqçılıqla məşğul olan şəxslər barəsində yazıb. O bildirib ki, həmin şəxslər onun adından tənha xanımlara məktublar göndəriblər:"Beynalxalq aferistlər balaca ölkələrdən olan tanınmış FB izləyicilərinin şəkilləri ilə feyk profil açırlar və məhəbbət intizarında olan tənha xanımlara məktublar göndərirlər. Məni də qurban seçiblər, bilmirəm, fərəhlənim ya üzülüm. Qoyurlar mənim qlamur şəkillərimi, başlayırlar basıb-baqlamağa ki, ay mən səni belə sevirəm, gecələr gəlirsən yuxuma, sənsiz bir günüm olmasın, mən belə biznes-klasla uçuram, ay Maldiv belə getdi, Seyşel belə gəldi, pul məndə, bir də ingilisdə, səni də aparacam özümlə, buralarda ol. Prosta indi bir balaca çətinliyim var, mənə çox yox, 500 dollar göndər, gələn ay gedirik səninlə bal ayına.

Bu yazıü da neyləsin, sonuncu dəfə kişidən komplimenti 739 il bundan əvvəl eşidib, pensiyası da yaxşı, göndərir 500 dollar ki, caaan, ala bu pulu, gözləyirəm səni. O isə pulu alıb çıxır aradan, xanım qalır hönkürə-hönkürə, məni tapıb, gileylənir.

Braziliyadan yazıb şikayətlənən var, Avstriyadan, İtaliyadan, hətta Vyetnamdan belə. Mən cavab vermirəm, nə deyim ki, özləri görürlər ki, mənlik deyil. Odur ki, bu gündən keçirəm xozrasşöta, hansı xarici ağbirçək mənimlə yazışmaq istəsə, əvvəlcədən hesabıma depozit köçürməlidir. Pandemiya yıxdı büdcəmizi, biraz dirçələrik heç olmasa..."