Səhiyyə Nazirliyinə koronavirusla bağlı bu işlər TAPŞIRILIB
    • 24-06-2020, 10:06
    • 892

Səhiyyə Nazirliyinə koronavirusla bağlı bu işlər TAPŞIRILIB

103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətin bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb: “Bu tapşırıq müvəqqəti xarakter daşıyır. Pandemiya dövründə bəzi polikliniklara metodiki tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən veriləcək və dövlətin səhiyyə qurumları bu yayılan virusun qarşısının alınması üçün birlikdə çalışacaq”.