Karantin qaydalarını pozan dərzi sexi aşkarlandı - 56 NƏFƏR CƏRİMƏLƏNDİ
    • 4-07-2020, 14:12
    • 616

Karantin qaydalarını pozan dərzi sexi aşkarlandı - 56 NƏFƏR CƏRİMƏLƏNDİ

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub. 

News24.az xəbər verir ki, polislər tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub. 

Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər. 

Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.