-
- 7-07-2020, 18:19
- 1 725
Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan partiya təmsilçilərinin görüşü keçirilib
Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib.
News24.az-a məlumatına görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.
“Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir: "Bu addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir və artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna münasibətdə ümumi ictimai rəyin müsbət olması həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilə bilər. Parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir".
Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü barədə ətraflı məlumat verib. O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.
Prezident Administrasiyasının rəsmisi pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Çıxışının sonunda Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.
Daha sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaları təmsil edən deputatlar müxtəlif mövzularda çıxış ediblər.
Müzakirələrin sonunda Milli Məclisdə təmsil olunan siyasi partiyaların adından bəyanat qəbul olunub.