Koronavirusa yoluxanların evdə müalicə prosesi AÇIQLANDI
    • 8-07-2020, 15:12
    • 501

Koronavirusa yoluxanların evdə müalicə prosesi AÇIQLANDI

Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən News24.az a verilən xəbərə görə, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında ətraflı danışıb. 

N. Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.