Ölü tapılan merin sözləri:
    • 10-07-2020, 09:21
    • 376

Ölü tapılan merin sözləri: "Ailəmə ağrıdan başqa heçnə verə bilmədim"

Cənubi Koreyanın paytaxtı Seulun meri Pak Von Songun ölümündən öncə yazdığı məktub ortaya çıxıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, intihar etdiyi ehtimal edilən P.V.Song yazdığı məktubda ailəsindən və sakinlərdən üzr istəyib:"Hər kəsin qarşısında günahkaram. Həyatım boyu mənimlə birgə addımlayan hər kəsə təşəkkür edirəm. Ağrıdan başqa heçnə verə bilmədiyim ailəm qarşısında özümü hər zaman günahkar bilirəm. Məni kremasiya edin. Əlvida".