Xınalığa leysan yağıb - FAKTİKİ HAVA
    • 14-07-2020, 18:06
    • 481

Xınalığa leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən News24.az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın  mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.