"Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik"
    • 15-07-2020, 11:26
    • 456

"Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik"

"Biz zabitlər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Zabitlər olaraq qardaşlarımızın qanını yerdə qoymayacağıq".

News24.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Yasin Zeynalov general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində deyib: "Gəncləri müxtəlif hərəkətlərə cəlb edirlər, şəhidlərin adına yaraşmayan əməllər olmamalıdır. Biz yalnız konstutisiyaya uyğun olaraq addım ata bilərik və yalnız Ali Baş Komandanın əmrinə tabeyik, onu gözləyirik". 

Afaq Mirayiq