Zakir Həsənov və Nəcməddin Sadıkov şəhidlərlə vida mərasimində - FOTOLAR
    • 15-07-2020, 14:38
    • 611

Zakir Həsənov və Nəcməddin Sadıkov şəhidlərlə vida mərasimində - FOTOLAR

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

News24.az xəbər verir ki, İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iştirak edib. 

Vida mərasiminə həmçinin Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları qatılıb, şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.