Nələr hərbi sirr sayılır? - Müşfiq Abbasov yazır
    • 20-07-2020, 16:10
    • 1 364

Nələr hərbi sirr sayılır? - Müşfiq Abbasov yazır

Hərbi sahədə nəyin sirr, nəyin sirr olmadığını çoxlarımız bilmirik. Hərbi xidmət nizamnamələrlə tənzimlənir. Hər bir hərbi hissənin döyüş bayrağı var. Döyüş bayrağı daim mühafizə olunur. Nizamnamə tələblərinə görə, döyüş bayrağı itirilər, oğurlanarsa, kənar şəxslər və ya düşmən tərəfindən ələ keçirilərsə, hərbi hissə bütünlüklə ləğv olunur. 

Əsgərlərin üzlərini videoekranlarda göstərmək olar. Bu, məxfi deyil. Hərbi hissədə olan hərbi texnikanın və silahların nümayişi qadağandır. Hərbi hissənin şəxsi heyətinin say tərkibi məxfidir. Bu, heç bir yerdə açıqlanmır. Hərbi hissələrdə taborların və bolmələrin yerinin dəyişdirilməsi də məxfi saxlanılır. 

Döyüş postlarında xidmət aparan manqanın şəxsi heyətinin sayı açıqlanmır. Bizim postlarda şəxsi heyət daim stasionar şəraitdə növbə aparır. Düşmənin şəxsi heyətinin sayı az olduğundan onlar postlarında muzdlu döyüşçülərdən istifadə edir. Bu muzdlu ermənilər əsasən, Suriyadan gətirilir. Aprel döyüşlərindən sonra düşmən zəif nöqtələrini möhkəmləndirməyə çalışır və məğlubedilməz olmadığını dərk edir. Tovuz istiqamətində mövqe üstünlüyü bizdə, Tərtər istiqamətində isə düşmən tərəfdədir. Hər iki tərəfin silahlanmasına beynəlxalq təşkilatlar məhdudiyyət tətbiq edir. Məsələn heç bir dövlət F-16 döyüş qırıcısı ala bilməz. 

Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper silahı dünya bazarına çıxarıldıqdan sonra düşmən bu silahı almağa cəhd edib və hansısa üsullarla buna nail olub. Düşmənin istifadə etdiyi silahların tam əksəriyyəti Rusiya istehsalıdır. 
Azərbaycan İsrail, Rusiya, Türkiyə, Belarus və Ukrayna ilə hərbi əməkdaşlıq edir və öz silah arsenalını genişləndirir. Hərbi helikopterlər düşmən tərəfə keçmədən hədəflərə uzaq məsafədən zərbələr vurur. Yaxına gəlməyə hər iki tərəfin hava hücumundan müdafiə qüvvələri imkan vermir. 

Döyüş qırıcılarından fərqli olaraq helikopterin özünü müdafiə sistemi təkmilləşməyib. Hər iki tərəfin tank qoşunları əsasən T-72 modelli tanklardan təşkil olunub. Tanklar bir qayda olaraq, düzənlik ərazidə olan döyüşlərə cəlb olunur. Bizdə belə ərazi Beylaqan rayonundadır. Tankların müdafiə sistemləri təkmilləşdirilib. Tankı qabaq tərəfdən vurmaq çox çətindir. Buna qalınlaşdırılmış zireh təbəqəsi imkan vermir. Yerə basdırılmiş tank əleyhinə mina tankların yolunu kəsir və dərhal "sep"ləri təkərlərdən çıxarır. 

1992-ci illərdən yerə basdırılmiş tank əleyhinə minalar hazırda da həmin ərazilərdə var. Lakin uzun müddət yağış və günün təsirinə məruz qalmış minalar çox vaxt öz-özlərinə partlayır. İt, uzunqulaq və ya canavarların həmin minaların üzərinfən təsadüfən keçməsi də partlayışa səbəb olur. Toplar cəbhə xəttindən çox arxada yerləşdirilir. Cəbhə xəttinə yaxın məsafədə ancaq minatanlar yerləşdirilir.

Müşfiq Abbasov