-
- 26-07-2020, 16:44
- 802
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini COVID-19-dan öldü - FOTO
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.
News24.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.
Bununla da, Daxili İşlər Nazirliyinin 5-ci əməkdaşı koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub və nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib./Report.az/