Tənqid olunan həkimlər bikinili fotolarını paylaşırlar - Fleşmob
    • 27-07-2020, 11:56
    • 823

Tənqid olunan həkimlər bikinili fotolarını paylaşırlar - Fleşmob

İnternet istifadəçiləri sosial mediada #MedBikini fleşmobu başladıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, fleşmob həkimlərin sosial mediada çimərlik fotoşəkillərini yerləşdirməsi üçün  mübarizə olaraq başladılıb.

Aksiya qadın həkimlərin qeyri-peşəkar olduqları və sosial şəbəkələrdəki səhifələrində təxribatçı davrandıqları barədə yüksək səviyyədə məqalə yayıldıqdan sonra yaradılıb.

Bu material "Journal of Vascular Surgery" jurnalında ötən ilin sonlarında ortaya çıxıb. Onun müəllifləri 2016-2018-ci illərdə universitetləri bitirən tibb bacılarının sosial şəbəkələrdə təxminən 500 profilini araşdırıblar. Eyni zamanda, həkimlərin fəaliyyətini izləmək üçün hətta saxta hesablar yaradıblar.

Bu "araşdırma" iyul ayının sonlarında açıqlandıqdan sonra internet istifadəçilərini qəzəbləndirib.