İmişlidə məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb
    • 5-08-2020, 17:00
    • 491

İmişlidə məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb

İmişlidə məktəbdən oğurluq edilib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Otuziki kənd orta məktəbinin inzibati binasında qeydə alınıb. Belə ki, həmin məktəbdən 5500 manat dəyərində 6 ədəd noutbuk və 1 ədəd televizor oğurlanıb.

İmişli rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Musa Fərahim oğlu Məlikov saxlanılıb.

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.