Evdə əyləncə məslici quranların suyu və işığı kəsiləcək
    • 6-08-2020, 13:59
    • 502

Evdə əyləncə məslici quranların suyu və işığı kəsiləcək

Pandemiya dövründə evində əyləncə məclisləri keçirənlərin elektrik enerjisi və suyu kəsiləcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Los-Anceles meri çıxış edib.

Erik Qarsetti bildirib ki, bu qərar koronavirusun yayılmasının qarşını almaq üçündür:"Biz gecə klubları və barları bağlamışıq. Hazırkı dövrdə is\ evlərdə tşkil edilən əyləncə məclisləri gecə klublarını xatırladır. Bununla əlaqədar, Los-Anceles Su və Elektrik Xidməti Departamentinin evlərin, təşkilatların və digər yerlərin böyük toplantıların keçirilməsini qadağan etdiyi yolverilməz hallarda bağlamasına icazə verirəm".