Koronavirusun acığına QUCAQLAŞMA OTAĞINI YARATDILAR - VİDEO
    • 7-08-2020, 18:33
    • 675

Koronavirusun acığına QUCAQLAŞMA OTAĞINI YARATDILAR - VİDEO

ABŞ-ın Texas ştatında evli cütlük qocalar evindəki yaşlıların koronavirus pandemiyası səbəbiylə qohumları ilə necə əlaqə qura biləcəyinin yolunu tapıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük qucaqlaşma otağı hazırlayıb. Sözügedən otaq koronavirusun nüfuz edə bilmədiyi materiallardan qurulub.

Yenilik sınaqdan keçirilib. Bu, qohumlarının ziyarətə gəldiyi təqaüdçülərdən birinin ad günündə baş verib.

Bu otaq sayəsində yalnız qadınla danışmaq deyil, onu qucaqlamağı da mümkün olub.

Qocalar evinin sahibi yeni xidmətdən yararlanan ailələrin həyəcan keçirdiyini qeyd edib.

ABŞ-dakı digər qocalar evləri də Texas cütlüyünün ixtirası ilə maraqlanırlar.