Bakıda karantin qaydalarını pozan daha bir uşaq bağçası aşkar edilidi - FOTO
    • 14-08-2020, 14:40
    • 529

Bakıda karantin qaydalarını pozan daha bir uşaq bağçası aşkar edilidi - FOTO

Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

News24.az xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.

Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.