Dərsə gəlməyən uşaqlardan arayış tələb olunmayacaq
    • 17-08-2020, 18:41
    • 781

Dərsə gəlməyən uşaqlardan arayış tələb olunmayacaq

"Tövsiyələr budur ki, biz uşaqlardan arayış tələb etməyək. Ancaq bu tələb yoxdursa, biz uşaqlara və valideynlərə böyük məsuliyyət veririk".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.