TN məktəbəhazırlıq qrupları ilə bağlı MƏLUMAT YAYDI
    • 18-08-2020, 17:02
    • 1 131

TN məktəbəhazırlıq qrupları ilə bağlı MƏLUMAT YAYDI

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar; 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar. 
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.