Sərxoşluğun dərəcəsini telefon MÜƏYYƏN EDƏCƏK
    • 20-08-2020, 14:44
    • 560

Sərxoşluğun dərəcəsini telefon MÜƏYYƏN EDƏCƏK

Amerikanın elm xadimləri yenə də maraqlı bir təkliflə çıxış ediblər. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların yeni nəzəriyyəsi telefon üzərindədir. Belə ki, Amerika elm adamları mobil telefonlara yerləşdirdiyi sensor vasistəsi ilə avtomobil idarə edilməyəcək qədər sərxoş olduğunu təsbit edəcək bir sistem işləyirlər. 

Pittsburgh Universitetinin araşdırmalarına görə, istifadəsi yaxın müddət ərzində nəzərdə tutulan bu sistemlə 10 addım atdıqdan sonra insanlarda alkoqolun səviyyəsini təsbit edəcək. 

Yaradılan sistem insanların sərxoş olduğu zaman telefonlarında avtomobilin idarə olunmaması xəbərdarlığını alacaqlar. 


Sona Əsgərova