Ehsan Zahidov deputatın nəvəsinin toyundan danışdı: İnanmıram, karantində kimdir nəvəsinə toy edən?
    • 23-08-2020, 17:05
    • 1 136

Ehsan Zahidov deputatın nəvəsinin toyundan danışdı: İnanmıram, karantində kimdir nəvəsinə toy edən?

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Hadı Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə Emin Ağalarova aid  "Sea breez" restoranında toy etdiyi iddia olunub.

Məsələ ilə bağlı News24.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin videogörüntünü görməyib və inanmaq istəmir:

"Əvvəlki illərdə Məhərrəmlik ayında toy edən olurdu bəyəm? Hazırda karantin dövründə kimdir nəvəsinə toy edən? Kimin-kimdən acığı gəlir, götürüb əleyhinə nəsə yazır və ya paylaşır. Həmin görüntülərə baxmamışam və inanmıram da belə bir toy olsun. Məsələ araşdırılacaq".

Məhərrəm Əliyev