Elnarə Abdullayeva karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib EDİLDİ
    • 27-08-2020, 16:09
    • 583

Elnarə Abdullayeva karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib EDİLDİ

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.

News24.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi protokol tərtib olunaraq cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı ilə bağlı məlumat yayılıb.