Daha 155 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri verildi - FOTO
    • 31-08-2020, 12:09
    • 304

Daha 155 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz  rayonlarında davam etdirib. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896  reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib. 

Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

Ümumilikdə bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 1000-dən artıq əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərib. Ehtiyac duyduqları 3764 reabilitasiya vasitəsi onlara yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.