Tanışlıq proqramlarına QADAĞA QOYULDU
    • 2-09-2020, 10:11
    • 484

Tanışlıq proqramlarına QADAĞA QOYULDU

"Tinder" və "Grindr" daxil olmaqla beş tanışlıq tətbiqi Pakistan Telekommunikasiya İdarəsi tərəfindən bloklanıb.

News24.az xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində məlumat verilib. Qeyd edilib ki,  ölkə sakinləri "Tagged", "Skout" və "SayHi" tətbiqetmələrindən istifadə edə bilməyəcəklər.

Bildirilir ki, şirkətlərin rəhbərliyindən proqramların "əxlaqsız və ədəbsiz" məzmununun yerli qanunlara uyğunlaşdırılmasını tələb edilıb. Xüsusilə tanışlıq funksiyasından intina edilməsi istənilib.

Platforma rəhbərliyi təyin edilən müddətdə cavab verməyib və nəticədə bütün tətbiqetmələrin bloklanmasına qərar verilib.

Şirkətlər proqram təminatlarını Pakistan qanunlarına uyğunlaşdırsa qərar yenidən nəzərdən keçirilə bilər.