Azərbaycan milli komandasında NƏLƏR BAŞ VERİR? – Futbolçular baş məşqçidən NARAZIDIRMI? – Rəsmi AÇIQLAMA
    • 3-09-2020, 16:56
    • 788

Azərbaycan milli komandasında NƏLƏR BAŞ VERİR? – Futbolçular baş məşqçidən NARAZIDIRMI? – Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, millimizin düşərgəsində De Byazi ilə futbolçular arasında ilk narazılııq yaşanıb. Belə ki, əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərlə əlaqəli şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq yüklənməyə məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.

Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsilə və rəqibə uyğun tərtib etdiyini deyib.


Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablayan AFFA-nın mətbuat katibi Firuz Abdulla bildirib ki, milli komandanın təlim-məşq toplantısında iştirak edən futbolçular və ya hər hansısa bir hadisə ilə bağlı AFFA-ya heç bir şikayət daxil olmayıb:

“Azərbaycan milli komandasının məşq proqramının tərtib olunması və həyata keçirilməsi baş məşqçinin səlahiyyətində olan məsələdir”.