Səbaildə ev yanıb
    • 5-09-2020, 10:15
    • 662

Səbaildə ev yanıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin dam örtüyünün yanar konstruksiyalar 4 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.