-
- 10-09-2020, 15:38
- 1 200
Uşaqların dəhşətli QORXUSU! - KORONAVİRUS... KARANTİN... - ARAŞDIRMA
Bu ilin mart ayından etibarən Azərbaycanda yeni bir dalğa özünü büruzə verdi. Cəmiyyətdə qorxu və təlaş hökm sürürdü. Bir çox insan bu sözləri ilk dəfə eşidirdi: “Koronavirus” və ya “COVID-19”. Yeni növ virus pandemiya rolunda dünyanı öz ağuşuna aldıqdan sonra ölkəmizdə də karantin rejimi elan olundu. Bütün sahələrdə olan qapanmalar insanları sosial həyatdan uzaqlaşdırdı. Məlum virus ümumən cəmiyyətin psixologiyasında neqativ iz qoydu. Artıq hər kəs aqressivləşməyə və tükənməyə başladı. Son zamanlar həyata keçirilən müəyyən yumşalmalar isə insanları yenidən həyata bağladı. Bəs, görəsən bizimlə eyni əsri bölüşən uşaqlar bu virusu necə qəbul etdi, yaxud onlara hansı formada təsir göstərdi?
Psixoloqların fikrincə, böyüklər müəyyən mənada koronavirusu qəbul edib, müsbət düşünməyə çalışsalar da uşaqlarda vəziyyət fərqlidir.
Psixoloq Elnur Rüstəmov News24.az-a açıqlamasında bildirib ki, karantin rejimi yaşıdlarıyla ünsiyyətdə ola bilməyən uşaqlarda stress, aqressivlik, inadkarlıq və daha aşağı əhval-ruhiyyə yaradır:
“İnsan sosial varlıq kimi mütləq başqalarıyla ünsiyyət prosesində olmalıdır. Tənhalıq bəzən yaxşı təsir göstərsə də, zaman keçdikcə asosiallıq insanın psixologiyasına mənfi təsir göstərməyə başlayır. Uşaqlar karantin rejimi dövründə valideynləri ilə zaman keçirsələr də, bu onların tələbatlarını tam ödəmir. Yetkin insanlar valideynləri ilə ünsiyyət zamanı sosiallaşa bilmədiyi kimi eyni hal uşaqlarda da baş verir. Uşaqların həmyaşıd münasibətlərinə ehtiyacları var. Çünki yetkin-uşaq münasibətlərində natamamlıq yaşayırlar. Valideynləri ilə nə qədər zaman keçirsələr də bu onlar üçün kifayət etmir. Həmyaşıdlarıyla oynadıqları zaman daha çox əylənirlər. Hazırkı vəziyyətlə əlaqədar isə həyatlarındakı əyləncə daha da azaldı. Uşaqlar oyun oynadıqları zaman onlarda katarsis prosesi (enerjinin bölünməsi) baş verir: gülürlər, ağlayırlar, qışqırırlar, əsəbiləşirlər, qısacası hisslərini xaricə çıxararaq rahatlayırlar. Lakin pandemiya dövründə məhdudlaşmalar səbəbindən bütün bunları edə bilmədikləri üçün daha aqressiv, inadkar davranırlar”.
Psixoloq hesab edir ki, karantin dövründə valideynləri çalışan, eyni zamanda mütəmadi olaraq pandemiyanın neqativ təsirləri ilə bağlı xəbərləri mediadan izləyən uşaqlarda təşviş pozuntuları müşahidə oluna bilər: “Həmçinin bunun fonunda depressiv narahatlıqlarla da rastlaşmaq mümkündür. Bu cür əlamətləri müşahidə edən valideynlər zamanında mütəxəssisə müraciət etdiyi təqdirdə problemin xroniki hal almasının və şəxsiyyətinə birbaşa təsirinin qarşısını ala bilər”.
E.Rüstəmov vurğulayıb ki, yalnız onlayn sistemdə təhsil alan uşaqlarda dərslərə qarşı demotivasiya, diqqət dağınıqlığı, fikrini düzgün ifadə edə bilməmə və təhsil prosesindən uzaqlaşma kimi hallar müşahidə oluna bilər. Lakin yeni dönəmə adaptasiya ilə bağlı yarı onlayn, yarı əyani təhsil sistemi uşaqların həmyaşıdları ilə ünsiyyətini bərpa etməsinə, əvvəlki təhsil sisteminə qismən qayıtmasına, dərslərinə qarşı motivasiyasının artmasına və özünü aktuallaşdırmasına səbəb ola bilər. Belə olduğu təqdirdə uşaq özünü məhdudlaşmış deyil, daha rahat hiss edəcək. Bu hal isə pandemiyanın onlar üzərindəki mənfi təsirini azaltmaq istiqamətində müsbət addım olacaq”.
Psixoloq Vəfa Əkbərin fikrincə pandemiya uşaqları sosiallıqdan xeyli uzaqlaşdırdı:
“Ən çox məktəbəqədər uşaqlar və aşağı sinif şagirdləri sosial inkişafdan geri qaldı. Bu gün hansısa məktəblini danışdırsaq ki, onlayn təhsildə dərs almaq istəyirsənmi? Təbii ki, yox deyəcək. Bu isə həmyaşıdlarını və məktəb yoldaşlarını görməmələri ilə bağlıdır. Bəzi uşaqlar asosial və ya utancaqdır. Karantin rejimində həmin uşaqların problemləri daha da artmağa başlayır. Onlar həmin kompleksləri aşmaq üçün lazımi mühitə düşə bilmirlər. Əvvəllər utanıb-sıxılan uşaqlar müəllimin hər hansısa sualına cavab verərək və ya tənəffüsdə sinif yoldaşları ilə danışıb, özlərini ifadə edə bilirdilərsə, indi mövcud reallıqla bağlı daha qapalı olublar. Bu da valideynləri narahat edir. Zənnimcə, uşaqların əyani şəkildə tədris prosesinə qoşulması psixoloji inkişafları baxımından önəmli məsələdir”.
Psixoloq Orxan Oruc qeyd edib ki, koronavirusun uşaqlara təsirinin hansı formada olması valideynlər və ətrafdakı böyük insanların məsuliyyətindən asılıdır:
“Pandemiyanın təsir dairəsi geniş olduğu üçün uşaqlardan da yan keçmədi. Bəzən uşaqlara karantini və pandemiyanı elə bir faciəvi formada çatdırırlar ki, onlarda qorxu yaranır. Bu baxımdan xəstəliyi, pandemiyanı, dünyada baş verən prosesləri uşaqların anlayacağı və qorxmayacaqları dildə izah etmək daha effektlidir. Bir ailə şəklində birləşib, müəyyən qaydalara əməl etməklə onlara pandemiyadan qalib gəlməyin mümkün olduğunu izah etmək lazımdır. Uşaqlar bağçaya və məktəbə getmirdilər. Bu isə neqativ təsirlərini paralel şəkildə göstərirdi. Uşağın inkişafında tək valideyn-övlad ünsiyyəti kifayət etmir. Uşağın həmyaşıdları ilə ünsiyyəti inkişafında önəmli rol oynayır. Bağçaların və məktəblərin yenidən bərpa edilməsi ilə bağlı qəbul edilən qərar onların sosial bacarıqlarının inkişafında olan ləngiməni aradan qaldıracaq”.
O.Oruc vurğulayıb ki, hər bir dərsin onlayn formada olmağındansa, bir neçə gün əyani təşkil edilməsi daha yaxşıdır: “Koronavirus riskini nəzərə alsaq, mərhələli şəkildə təhsilin bərpası doğru qərardır”.
Məhərrəm Əliyev