Məktəblərə yeni TƏLİMAT GÖNDƏRİLİB - EKSKLÜZİV
    • 13-09-2020, 19:56
    • 874

Məktəblərə yeni TƏLİMAT GÖNDƏRİLİB - EKSKLÜZİV

Tədris müəssisələrinə yeni telimat göndərilib.

News24.az-ın əldə etdiyi məlumata görə, təlimatda bildirilir:

Hörmətli həmkarlar, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin bütün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq, aşağıdakılara əməl edilməsi sizə tapşırılır:

- Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin ara məsafəsi saxlamadan kütləvi halda toplaşması yolverilməzdir.

- Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin ara məsafəsi saxlamadan kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir.

- 15 sentyabr 2020 ci il tarixində şagirdlərlə hər hansı bir tədbirin  keçirilməsi, şagirdlərin gül dəstələri ilə gəlməsi, sinif otaqların bəzədilməsi qadağandır.