Sosial media hücumları pakistanlı qadın jurnalistləri hədəfə alıb
    • 24-09-2020, 16:59
    • 420

Sosial media hücumları pakistanlı qadın jurnalistləri hədəfə alıb

Jurnalistlərin Müdafiəsi Komitəsi cümə günü Pakistanda qadın jurnalistlərə qarşı amansız sosial şəbəkə hücumlarını - təcavüz və hətta ölüm təhdidini ehtiva edən vəhşi hücumları qınayıb.

News24.az xəbər verir ki, bu barədə "Washingtonpost" məlumat yayıb. Bildirilib ki, hücumlar adətən, həyatının sonrakı dövründə siyasətə üz tutan keçmiş məşhur kriket oyunçusu, Baş nazir İmran Xanın rəhbərlik etdiyi və çox saylı gənclərin qoşulduğu hakim partiyanın ictimai tənqidindən sonra baş verir.

Tənqid İmran Xanın koronavirus pandemiyası ilə mübarizəsinə yönəlib. Pakistanda 6408 ölüm halı da daxil olmaqla 304,00-dən çox yoluxma qeydə alınıb. İyun ayından bəri bu rəqəmlər azalmaqdadır, əksər günlərdə və testlərin sayı artdıqca 400-dən az yeni yoluxma qeydə alınıb.

Qadın jurnalistlərdən gələn aramsız trollama və artan şikayətlər Jurnalistlərin Müdafiəsi Komitəsinin Asiya proqramı üzrə kordinatoru Steve Butler və Asiya üzrə böyük tədqiqatçı Aliyə İftikarın Pakistanlı qadın jurnalistlər internetdə təhqiq edənlərin əsasən hakim partiyanın pərəstişkarları olduğunu bildirməsinə səbəb olub.

Nyu-Yorkda yerləşən qrup, cinayətkarlarla İmran Xanın partiyası Pakistan Tehreek-e-Insaf və ya PTI arasında birbaşa əlaqələrin olduğuna dair dəlillər təqdim etməyib.

Bir neçə Pakistanlı qadın jurnalistin ifadələrini özündə əks etdirən Jurnalistlərin Müdafiəsi Komitəsinin  açıqlaması, onlayn hücumların dayandırılmasını tələb edən 100-dən çox qadın jurnalistin imzaladığı və  hökumətə təqdim etdiyi petisiyadan sonra gəlib.

Petisiyada "bu hücumların hədəfinin fərqli baxışlara sahib qadınlar və Pakistan Tehreek-e-İnsaf hökuməti və daha konkret olaraq bu hökümətin koronavirus pandemiyası ilə mübarizəsi ilə əlaqəli tənqidi fikirlər səsləndirənlərdir" olması deyilirdi.

Həmçinin, "onlayn hücumlara dövlət məmurları fitva verir və daha sonra isə hakim partiyaya mənsub olduqlarını bildirən çox saylı Twitter hesabları həyata keçirir" petisiyada deyilir. "Əlbəttə ki, yaxşı tərtib olunmuş və koordinasiyalı bir kampaniyadır, qadın jurnalist və analitiklərin şəxsi məlumatları ictimaiyyətə açıqlanır."

Komitə, hücumların “dəhşətli oflayn nəticələri” olduğunu da söylədi; bir çox qadın müxbir işlərindən çıxarıldıqlarını və ya peşələrini tam davam etdirmələrinin qarşısının alındığını söyləyib.

Xan hökuməti və ölkənin güclü ordusu və çox qorxulan kəşfiyyat qurumu, mediada öz tənqidçilərinə qarşı ağır reaksiyalarına görə sərt tənqid olunub. Jurnalistlər tutulub, vətəndaş hüquq müdafiəçiləri, bəziləri aylardır mühakimə olunmadan həbsdədir.

Hüquq müdafiəçisi Güləlay İsmayıl kimi digərləri, ordunu tənqid etdiklərinə görə fitnə ittihamı ilə günahlandırılıb və  ölkədən qaçmağa məcbur edilib.

Bundan başqa, qlobal hüquq qrupu Jurnalistika Qadınları Koalisiyası bu həftə, Pakistanın qadın jurnalistlərinin üzləşdikləri sosial media hücumlarına dair 20 səhifəlik hesabat yayaraq bu hücumların “hakim partiyaya  və ölkədəki mühafizəkar və sağçı qanada bağlı onlayn hesablardan edildiyini” söylədi. 

Qrupun təsisçi direktoru Kiran Naziş, "bu cür acınacaqlı hərəkətlərin diqqətimizi qadın jurnalistlərə qarşı pis mühitə və mətbuat azadlığına yönəltdiyini" dedi.

Petisiyanı imzalayanlardan biri, ən vacib aktual məsələlərlə bağlı proqram aparan jurnalist Asma Şirazi, qadın jurnalistlərin simpatiya istəmədiklərini söylədi.

"Ölkədə ifadə azadlığı üçün dəstəyə ehtiyacım var" o dedi. “Mən qurban deyiləm. Mən itaətsizliyə inanıram. ”

Onun sözlərinə görə, trollama hökumətin sosial mediadakı tənqidləri dayandırmaq cəhdidir. “Nə vaxt PTI-nı tənqid etsək, hücumlar başlayır. Onların hamısı maliyyələşdirilir. ”

AP-nin hökumət və hərbi səlahiyyətlilərdən şərh cəhdləri Cümə günü cavablandırılmayıb.

Lakin İnsan Hüquqları naziri Şireen Mazari keçən ay "Twitter"-də “qadın jurnalistlərin hədəf alındığını və təhqirə məruz qaldıqlarını öyrənmək narahatlıq yaradır” deyib.

O eyni zamanda tənqidçi qadınların təhqir edilməsinin qəbuledilməz olduğunu deyib. "Jurnalistlər öz işlərini görür və onları hədəf almaq, xüsusilə də qadın jurnalistlərə qarşı gender əsaslı təhqir hücumları tamamilə qəbuledilməz və iyrəncdir."