Çoxuşaqlı ailələrdə ONLAYN DƏRS PROBLEMİ
    • 24-09-2020, 18:09
    • 533

Çoxuşaqlı ailələrdə ONLAYN DƏRS PROBLEMİ

Təhsil Nazirliyinin son qərarlarından sonra çoxuşaqlı ailələrdə valideynlərin şikayəti artıb. İstər planşet, istər kompüter, istər telefon, istərsə də internet problemi yaşayan ailələr eyni gündə övladlarını tədris prosesinə qoşmaqda çətinlik çəkirlər. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, problemin həlli üçün müxtəlif yollar var:

“Distant təhsillə bağlı problemlər olduğunu başa düşürəm. İnternet, işıq, onlayn tədrisə qoşulmaq üçün lazım olan avadanlıqlar və s. Ancaq biz mövcud imkanlar şəraitində əyani təhsil və teledərs kimi vasitələri təklif edirik”. 

Məhərrəm Əliyev