Müdafiə Nazirliyi cəbhədəki SON VƏZİYYƏTLƏ BAĞLI XƏBƏR YAYDI
    • 27-09-2020, 12:16
    • 554

Müdafiə Nazirliyi cəbhədəki SON VƏZİYYƏTLƏ BAĞLI XƏBƏR YAYDI

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.