Azərbaycanla Özbəkistan arasında dostluq layihəsi - VİDEO
    • 2-10-2020, 16:06
    • 1 672

Azərbaycanla Özbəkistan arasında dostluq layihəsi - VİDEO

Azərbaycan və Özbəkistan arasında daha bir dostluq lahiyəsi hazırlanılıb.

News24.az xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələr 1995 - ci ildə  qurulub. Özbək və Azərbaycan xalqlarını milli adət və ənənələr, ümumi dil qrupu, qədim mədəniyyət və din birləşdirir. Özbəkistanın tanınmış tar ifaçısı Sherzod Ergashev mənə duet təklif etdikdə mən Azərbaycanın əbədi və əzəli torpağı olan qədim ŞUŞAYA həsr olunmuş bu mahnını təklif etdim. Mahnı böyük xanəndəmiz Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısıdır. 
 
Bildiyiniz kimi,  hazırda ölkəmizdə torpaqlarımızın işğaldan azad olunması uğrunda  müharibə gedir. Bir musiqiçi kimi mən də ordumuza musiqimizlə və milli alətimiz olan Tarımla vətənpərvərlik ruhda mahnılar ilə dəstək olmağa çalışıram. İnşallah , üç rəngli bayrağımızı tezliklə Şuşada, Qarabağda Qələbə zəfəri ilə dalğalandiracağıq! 

Uca tanrı Azərbaycanımızı və müzəffər ordumuzu qorusun! 
 
Sevda Bayramova