"Biz susurduq və heç nə yazmırdıq, amma..." - TƏNQİD OLUNAN RAUF VƏ FAİQ
    • 6-10-2020, 10:15
    • 1 303

"Biz susurduq və heç nə yazmırdıq, amma..." - TƏNQİD OLUNAN RAUF VƏ FAİQ

Rusiyada yaşayıb, fəaliyyət göstərən Rauf və Faiq Mirzəyevlər qardaşları uzun müddət sonra susqunluqlarını pozublar.

News24.az
xəbər verir ki, onlar "İnstagram"da Azərbaycan bayrağı üzərində "Qarabağ bizimdir" fotosunu paylaşıblar. Əkizlər görüntünü bu cür şərh ediblər: "Biz susurduq. Ancaq digər ictimai fiqurlar yalan danışmaq və böhtan atmaqla məşğuldurlar. Hədlərini aşırlar. Biz susa bilmərik, bura bizim Vətənimizdir. Əgər bu torpaqlar olmasaydı, biz olmazdıq! Biz susurduq və heç nə yazmırdıq. O vaxta qədər ki, qarşı tərəf yalan danışmağa başladı. Azərbaycan, doğmalarımız, biz sizinləyik!"

Sevda Bayramova