Bayrağını səhv salan ermənilər biabır oldular - FOTOFAKT - VİDEO
    • 6-10-2020, 17:16
    • 668

Bayrağını səhv salan ermənilər biabır oldular - FOTOFAKT - VİDEO

Bayrağını digər ölkənin bayrağından seçə bilməyən dünyada bəlkə də tək əhali elə ermənilərdir. 

News24.az xəbər verir ki, müxtəlif zamanlarda öz dövlət bayraqlarını Kolumbiya bayrağı ilə səhv salan ermənilərin növbəti sevincləri qursaqlarında qalıb. Buna səbəb isə 2021-ci ildə işıq üzü görəcək "355" filmi olub. 

Ekran işində bir çox dünyaca tanınmış aktrisalar Cesika Çesteyn, Penilopa Kruz, Lupita Nyongo, Diana Kruger, Bingbing Fan rol alıb. 

Ekran işinin posterini şəxsi “Instagram” hesabında yayımlayan P.Kruzun fotosunda Kolumbiya bayrağı əks olunub. Bunu görən ermənilər sevinc hissi ilə aktrisanın onlara dəstək olduğunu düşünərək təşəkkür şərhləri yazıblar. 


Şərhlərdən bezən Penilopa Kruz şərh yazaraq filmdə məhz kolumbiyalı peşəkar psixoloq Qrasiela obrazını canlandırdığını vurğulayıb. 

Qeyd edək ki, filmin rəsmi “Vikipedia” səhifəsində də bu haqda məlumat yerləşdirilib.