"Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz..." - BƏHRAM BAĞIRZADƏ
    • 8-10-2020, 10:29
    • 957

"Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz..." - BƏHRAM BAĞIRZADƏ

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

News24.az
xəbər verir ki, aktyor "İnstagram"da öz şəklini paylaşaraq, bunları yazıb: "Mən Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, insan nitqinin hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünyasəviyyəli layihələr həyata keçirmişdir. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz İlham Əliyev başda omaqla, yaratdığımız gələcəyimiz var! Siz isə əbədi müharibənizlə təkbətək qaldınız və nəvaxtsa həyatla, dahi musiqilə, bülbüllərin cəhcəhilə bürünən Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz. Xalqınızı tanrısız, nifrət virusu ilə yoluxdurdunuz. Nəsillərinizə hansı mirası qoyacaqsınız? Yanmış torpaqlar, mina dolu sahələr, əsgərləriniz üçün məzar daşları, analarınız üçün qara matəm rəngi? Düşünün! Qarabağı tərk edin, onu dağıdıcı varlığınızdan azad edin! Bu mübarək torpaqda çörək yetişdirənlər, körpülər tikənlər, uşaqlara dərs verənlər və Allaha dua edənlər yaşamalıdır!

Biz müharibəyə nifrət edirik, ancaq qələbə qazananadək mübarizə aparacağıq!
Biz qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir!
Biz qələbə çalacağıq, çünki sülh və yaradılış üçün doğulmuşuq!

Qarabağ Azərbaycandır!

Sevda Bayramova