Partlayışdan sonra danışıq qabiliyyətini itirən 2 yaşlı Məryəm - FOTOLAR
    • 12-10-2020, 12:58
    • 823

Partlayışdan sonra danışıq qabiliyyətini itirən 2 yaşlı Məryəm - FOTOLAR

Oktyabrın 11-i, saat 02:00 radələrində Ermənistanın Gəncə şəhərinə atdığı raket nəticəsində yaralanan uşaqlardan biri də 2 yaşlı Məryəmdir. 

News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, Məryəm partlayışdan üç gün əvvəl 2 yaşına qədəm qoyub.

Azyaşlının nənəsi bildirib ki, partlayış nəticəsində 2 yaşlı körpə Məryəm danışıq qabiliyyətini itirib.

Teymur Məmmədov
Emin Qasımov
Gəncə