Əlavə yerləşdirmə üzrə namizədlərin qeydiyyatı başa çatır
    • 12-10-2020, 16:32
    • 422

Əlavə yerləşdirmə üzrə namizədlərin qeydiyyatı başa çatır

Oktyabrın 12-də müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin qeydiyyatı başa çatır. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan vaxtadək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar. Sözügedən mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və 730 nəfər namizəd vakant yer tutub.