Dağılan evində oyuncaqlarını axtaran Bəxtiyar: "Heç nədən QORXMADIM" - FOTOLAR - VİDEO
    • 13-10-2020, 14:06
    • 810

Dağılan evində oyuncaqlarını axtaran Bəxtiyar: "Heç nədən QORXMADIM" - FOTOLAR - VİDEO

11 oktyabr tarixində işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinə atılan raket zamanı yaralanan azyaşlılardan biri də Bəxtiyardır. 

News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, yaralandıqdan sonra xəstəxanaya yerləşdirilən Bəxtiyar hadisədən sonra dağılan evinə ilk dəfə gəlmişdi. 

Elə həyətə ayaq qoyan kimi ilk işi evə girib, oyuncaqlarını axtarmaq oldu. Amma tapdığı sınıq-salxaq mebel, üzərində şüşə qırıntıları olan çarpayısı, anasının qırılan cehizləri idi. 

Mikrofon və kamera sevməyən azyaşlı ilə söhbətimiz zamanı bildirdi ki, nə hadisə zamanı, nə də indi heç nədən qorxmur. 

Üzündəki, boğazındakı və qulağındakı yaralar isə erməni terrorçularının əməlidir. 

Bəxtiyar həm də Gəncədəki terror aktında üzündən qan axmasına baxmayaraq öz gülüşü ilə tarixə düşdü. 

Teymur Məmmədov 
Emin Qasımov 
Gəncə