Tamər Qaradağlıdan Azərbaycana DƏSTƏK
    • 13-10-2020, 17:27
    • 562

Tamər Qaradağlıdan Azərbaycana DƏSTƏK

"Bir millət, iki dövlət" kəlməsi əbəs yerə deyilməyib. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin daim yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna könüllü şəkildə qatılarsan? Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim".

News24.az xəbər verir ki, bu sözləri məşhur aktyor Tamər Qaradağlı deyib. O, Qarabağın tezliklə işğaldan azad olunacağına əmindir: "İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq orda".

Sevda Bayramova