Düşmənin terror törətmək niyyətini unutmamalı, daim sayıq olmalıyıq - DİN
    • 16-10-2020, 15:14
    • 417

Düşmənin terror törətmək niyyətini unutmamalı, daim sayıq olmalıyıq - DİN

Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cəbhəboyu zonada hərbi vəziyyətin təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, xain düşmənin dinc yaşayış məntəqələrimizdə təxribatlar, terror aktları törətmək niyyətini bir an belə unutmamalıyıq, daim sayıq olmalıyıq: "Ölkəmizdə təhlükəsizliyin qorunması işinə öz töhfəmizi verməklə asayişi təmin edən dövlət orqanlarının yaxın köməkçisinə çevrilək".