Füzuli əsil sakinlərinə qovuşdu - 27 illik HƏSRƏT BİTDİ
    • 17-10-2020, 12:29
    • 968

Füzuli əsil sakinlərinə qovuşdu - 27 illik HƏSRƏT BİTDİ

Bu gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndi və Füzuli şəhəri işğaldan azad edildi. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açıqlayıb.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Füzuli rayonunun ümumi sahəsi 1390 kadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür.

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

Füzuli rayonundan olan görkəmli şəxslər:

Bəşir İmanov — azərbaycanlı milis general-polkovniki.
Cəmil Əlibəyov — yazıçı.
Arif Quliyev — texnika elmləri doktoru, professor.
İlyas Əfəndiyev — nasir, dramaturq, Azərbaycanın xalq yazıçısı.
Akif Musayev — iqtisad elmləri doktoru, professor.
Bahar Muradova — Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
İqbal Ağazadə — siyasətçi.
Qubad Bayramov — iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri.
Əfsər Cavanşirov — bəstəkar, "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri.
Bəhram Nəsibov — bəstəkar, şair.
Rafiq Atakişiyev — rejissor.
Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
İldırım Cabbarov — Teatr Rejissoru

Füzulidən olan milli qəhrəmanlar:

Fərzəliyev Pəhlivan Əhliman oğlu (1958-1992)
İbrahimov Rasim Səxavət oğlu (1962-1992)
Məmmədov Seymur Qəhrəman oğlu (1971-1992)
Zülfüqarov Elxan Qaçay oglu (1954-1994)
Rəfiyev Faiq Qəzənfər oğlu (1955-1992)
Kərimov Bəşir Bəylər oğlu (1976-1995)

Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur.