"Sözün bitdiyi an məhz bu imiş" - Pərvin Kərimzadə
    • 17-10-2020, 13:59
    • 883

"Sözün bitdiyi an məhz bu imiş" - Pərvin Kərimzadə

"Hadisə barədə deyiləcək bir söz tapa bilmirəm. Sözün bitdiyi an məhz bu imiş. Gəncə artıq ikinci dəfədir ki, terrorun qurbanına çevrilir. Biz döyüşlərin getdiyi ərazidən uzaq məsafədəyik. 500 mindən artıq əhalisi olan Gəncə gərgin anlar keçirir".

Bu sözləri News24.az-a açıqlamasında Gəncə şəhərindən seçilən millət vəkili Pərvin Kərimzadə deyib. Deputat vurğulayıb ki, beş gün öncə də Gəncədə baş verən terror aktını bacardıqları qədər ölkə gündəminə çatdırıblar:"Bu hadisəyə dünya dur deməlidir. Ordumuzun irəlləməsi, torpağlarımızın bir-bir bizə qayıtması ermənilərin bu cür çirkin yollara əl atmasına gətirib çıxarır. Onlar öz acıqlarını mülki əhalidən çıxarırlar. Hər zaman olduğu kimi ordumuzla qarşı-qarşıya gəlib döyüşə bilmirlər. Onların qarşısında diz çökən erməni, yenə də mülki əhaliyə hücum edir. Burada körpələr həlak oldu, bəziləri də yaralandı. Mən bilmirəm artıq dünyaya necə müraciət edim ki, erməni sussun və öz çirkin əməllərini dayandırsın. Mülki əhalini məhv etmək açıq-aydın şəkildə terrordur. Hadisənin baş verdiyi ərazidə heç bir hərbi hissə yoxdur. Gəncədə top, tank yoxdur. Mən buradan bütün dünya orqanlarına səslənirəm ki, haqqın, ədalətin tərəfində dursunlar".