Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb
    • 30-10-2020, 15:34
    • 542

Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb

"İstintaqın ilkin nəticəyə görə, Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistanın nümayəndəsi Araik Arutunyan, onun köməkçisi David Babayan, Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib".

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror vurğulayıb ki, Azərbaycanın müvafiq qurumlarına, o cümlədən İnterpola müraciət olunub:"Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb. Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə bu cinayəti törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.