Bloggerlər "Qarabağ Azərbaycandır" DEDİLƏR - VİDEO - FOTOLAR
    • 2-11-2020, 10:54
    • 2 152

Bloggerlər "Qarabağ Azərbaycandır" DEDİLƏR - VİDEO - FOTOLAR

"Pİ GROUP" şirkətinin  təşəbbüsü ilə ərsəyə gələn "Qarabağ Azərbaycandır" adlı layihənin çəkilişləri başa çatıb.

News24.az xəbər verir ki, videoçarxda tanınmış bloggerlər Elmira Namazova, Aysel Şükür, Nagehan Abdullayeva və  tanınmış rəqqasə Lətifə Vəlizadə yer alıb.

Layihənin rəhbəri İsmayıl Qasımov, ideya və ssenari müəllifi isə Pərvanə Məmmədovadır.

Layihənin məqsədi Azərbaycanın haqq səsini, qətiyyətli mövqeyini duyurmağa dəstək olmaqdır. Bununla yanaşı Qarabağımızın keçmiş tarixini də diqqətdən kənarda qoymamış, qədim geyimlərimizlə  doğma torpağımızın keçmiş üslubunu əks etdirməyə çalışmışıq. Burda Azərbaycanın qardaş ölkələri, Türkiyə və Pakistanla bağlı əlaqələrimiz də yer tapmış, birlik gücümüz diqqətəlayiq şəkildə izləyiciyə çatdırılıb.

Layihənin ərsəyə gəlməsində "Bakı Milli Geyim Evi", "Baku Desing Center",  "Azeratribut" şirkəti, "Premium Production" və "Azəri Atəşi  rəqs qrupu"nun qatqısı olub.

Sevda Bayramova