Fərhad Bədəlbəyli: "Azərbaycan artıq ŞİKƏST DEYİL. Şuşamız, biz qayıdırıq
    • 8-11-2020, 18:23
    • 1 816

Fərhad Bədəlbəyli: "Azərbaycan artıq ŞİKƏST DEYİL. Şuşamız, biz qayıdırıq"-

“Sizinlə əvvəlki müsahibələrimdən birində demişdim ki, Azərbaycan Şuşasız şikəstdir. Amma artıq şikəst deyil”.

Bunu News24.az-a açıqlamasında Şuşa zəfərinin təəssüratlarını bölüşən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

O bildirib ki, sonuncu dəfə 2007-ci ildə Polad Bülbüloğlu ilə Şuşaya gedib: “Həmin ərəfələrdə Şuşa dağılmış bir şəhər idi. Sonra yenidən tikməyə başladılar. Mən istərdim ki, bütün Şuşa dağıdılsın, erməninin qoxusu belə orada qalmasın və yeni bir Şuşanı bərpa edək. Musiqi festivalları keçirək. 

Polad mənə zəng etdi və ağlayaraq “bu günü də gördük” dedi. Bu gün tarixi bir gündür. Əvvəlki müsahibələrimdən birində demişdim ki, Azərbaycan Şuşasız şikəstdir. Amma artıq şikəst deyil. Cənab Prezident bizə böyük bir hədiyyə və səadət bəxş etdi. Allah onu qorusun və can sağlığı versin. Hər bir şəhidin ruhu qarşısında baş əyirəm. Onların əməyi böyükdür. Allah hər birinə rəhmət etsin. Ailələrinə isə dərin başsağlığı verirəm. Bu müharibədə biz xalq olaraq böyük qəhrəmanlıq göstəririk. Hər birinizi təbrik edirəm və bağrıma basıram. Biz Şuşaya qayıdırıq!” 

Ülkər Qasımova