"Bu bayramda bir gözümüzlə gülüb, digəri ilə ağlayırıq" - Yaqut Qarayeva
    • 19-11-2020, 14:24
    • 349

"Bu bayramda bir gözümüzlə gülüb, digəri ilə ağlayırıq" - Yaqut Qarayeva

"Bu bayramda bir gözümüzlə gülüb, digəri ilə ağlayırıq".

News24.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bugün bütün dünyada koronavirusa yoluxanlar 56 min nəfərdir: "Dünya üzrə 1 milyon ölüm halı qeydə alınıb. 

Xarici ölkələrdən gələn mütəxəssislər koronavirusla mübarizədə bizə kömək edirlər. Tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Ancaq say da önəmlidir. Biz bu gün hələ də müharibədə vuruşan əsgərlərimizə yardım edirik. İki cəbhədə vuruşmaq üçün bizə cəmiyyətin dəstəyi lazımdır. Biz Qarabağ Müharibəsində göstərdiyimiz birliyi koronavirusa qarşı da ortaya qoymalıyıq".

TƏBİB rəsmisi vurğulayıb ki, koronavirusla mübarizəyə başlayanda, testlərin limiti 5 min idi: "İndi isə xaricdən gətirilən cihazlar vasitəsilə bu gün 13 min test edə bilirik. Tədbirlərin görülməsi və xalqa müraciət etməyin vaxtı çatıb. Süni tənəffüs aparatında müalicə alan xəstələrimizin sayı 45-ə çatıb. İntensiv terapiya bölməsinə düşən xəstə ən az iki həftə müalicə alır. Bütün dünya artıü belə nəticəyə gəlib ki, təəssüf ki, karantindən başqa əlverişli üsul yoxdur. Avropa ölkələrində notabr ayının 1-dən başlayaraq sərtləşdirmə prosesi aparılır".