Şəhid və Qazi övladlarına ÖDƏNİŞSİZ DƏRS
    • 19-11-2020, 15:46
    • 578

Şəhid və Qazi övladlarına ÖDƏNİŞSİZ DƏRS

"E.F.E." kursları "Vətən əmanəti" aksiyası keçirir.

News24.az xəbər verir ki, aksiyanın məqsədi Şəhid və Qazi övladlarına tam təmənnasız təhsil vermək və onları diqqətdən kənarda qoymamaqdır.

"E.F.E." kursları ölkənin təhsil sektoru olaraq Şəhid ailələrinə əllərindən gələnin ən yaxşısını etməyə hazır olduqlarını bildirib.

Aksiya haqqında ətraflı məlumatlar:

"Bu gündən etibarən qruplara qeydiyyata start verilib. Qruplar tamamlandığı andan fənlərin tədrisinə başlanacaq. 
Aksiyadan yararlanmaq istəyənlər aşağıdakı məlumatları bizə göndərsin:
1. Şəhidlik və ya Qazilik haqqında olan sənədlərin fotosunu.
2. Övladınızın adını, soyadını, sinfini, hansı bölmə üzrə təhsil aldığını və kursumuza hansı fənn üçün müraciət etdiyini (070) 633 85 84 nömrəmizin "WhatsApp" hesabına göndərməyiniz xahiş olunur.
Qeyd: Aksiyada E.F.E. Kursları bütün müəllim heyəti könüllü dərslər keçəcək. Əlavə könüllü dərs keçmək istəyən peşəkar müəllimlərdən Cv-lərini [email protected] göndərmələri rica olunur".